Bank Of Baku

OECD eksperti: "KOB-ların rəqəmsal bacarıqları inkişaf etdirilməlidir"

OECD eksperti: "KOB-ların rəqəmsal bacarıqları inkişaf etdirilməlidir"
# 22 fevral 2022 12:12 (UTC +04:00)

Azərbaycanda milli kibertəhlükəsizlik strategiyasının olmaması səbəbindən sahibkarlıq subyektləri elektron imzadan çox məhdud sayda istifadə edir və onlar fərqli platformalar üzərindən hökumətlə kommunikasiya yarada bilmirlər.

"APA-Economics" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək" və "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihələrinin yekunları ilə bağlı tədbirdə çıxış edərkən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) eksperti Patrik Pruzinski deyib.

Onun sözlərinə görə, kiçik və orta biznesin (KOB) inkişaf etdirilməsində əsas baryerlərdən biri rəqəmsal bacarıqların aşağı səviyyədə olmasıdır.

"Müxtəlif beynəlxalq təşkilatların hazırladığı sənədlərdə görürük ki, əhali və KOB-lar arasında qabaqcıl rəqəmsal bacarıqlar olduqca məhduddur. Çox güman ki, bu da əsas səbəblərdən biridir. Hökumət sadəcə əhali arasında deyil, həmçinin KOB-lar arasında rəqəmsal bacarıqları inkişaf etdirməlidir", - deyə P. Pruzinski qeyd edib.

O həmçinin əlavə edib ki, bu səbəbdən xüsusi strateji sənəd, eyni zamanda KOB sahəsində rəqəmsallaşmanı dəstəkləmək üçün strategiyalar işlənib hazırlanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR