Ölkədə qadınların orta aylıq əmək haqqı kişilərdən iki dəfə azdır

Ölkədə qadınların orta aylıq əmək haqqı kişilərdən iki dəfə azdır
# 23 noyabr 2023 17:00 (UTC +04:00)

Ölkədə qadınların orta aylıq əmək haqqı kişilərin orta aylıq əmək haqqının yarısına bərabər olub.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında qeyd olunub.

Dayanıqlı İnkişaf Hesabatında həmçinin qeyd olunur ki, Azərbaycanda qadınların iqtisadiyyatda iştirakçılığı yüksəkdir. Belə ki, hesabata görə, ölkədə ümumi işçi qüvvəsinin 48.3 faizini qadınlar təşkil etsə də, onlar daha aşağı vəzifələrdə təmsil olunurlar.

Hesabatda qeyd olunur ki, qadınların yalnız 35 faizi rəhbər vəzifədə təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR