Bank Of Baku

On ayda ölkəyə 482 mln. dollarlıq əczaçılıq məhsulları idxal edilib

On ayda ölkəyə 482 mln. dollarlıq əczaçılıq məhsulları idxal edilib
# 16 noyabr 2023 10:28 (UTC +04:00)

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 482 milyon 252 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% və ya 60.7 milyon dollar azalıb.

2022-ci ilin ilk 10 ayında Azərbaycana 543 milyon dollar dəyərində əczaçılıq məhsulları gətirilib.

Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3.40%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4.69%-nə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR