Bank Of Baku

Ötən ay Azərbaycandan Türkiyəyə qeyri-neft məhsullarının ixracı 2 dəfədən çox artıb

Ötən ay Azərbaycandan Türkiyəyə qeyri-neft məhsullarının ixracı 2 dəfədən çox artıb
# 31 oktyabr 2023 13:26 (UTC +04:00)

2023-cü ilin sentyabr ayında Azərbaycanın qeyri-neft ixracı 223,89 milyon ABŞ dolları olub. Bunun da 44,9 milyon ABŞ dollarını yeyinti məhsulları üzrə ixrac, 178,9 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir.

Qeyd edək ki, cari ilin sentyabr ayında Türkiyəyə qeyri-neft sektoruna aid mal ixracı 2.2 dəfə artaraq 45.3 milyon dollar təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25,7 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (15,4 milyon ABŞ dolları) ikinci və meşə fındığı (10 milyon ABŞ dolları) üçüncü olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR