İndiyədək Azərbaycanda 95.741 ədəd yeni nəsil yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
“APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2023-cü il ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 22 milyard manata yaxın olub ki, bu da 2022-ci il illə müqayisədə 14,2% çoxdur.