Bank Of Baku

Ötən il Azərbaycandan 110-dan artıq ölkəyə qeyri-neft məhsulları ixrac olunub

Ötən il Azərbaycandan 110-dan artıq ölkəyə qeyri-neft məhsulları ixrac olunub
# 29 yanvar 2024 11:50 (UTC +04:00)

2022-ci illə müqayisədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin ixrac potensialı 9.8 faiz artıb, 110-dan artıq ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Ən çox məhsulun ixrac olunduğu ölkələr Rusiya, Türkiyə və Gürcüstan olub. Ötən il Rusiyaya 1,114 mln ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.

APA-Economics” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

Y.Abdullayev bildirib ki, 2023-cü ildə Türkiyəyə 784, Gürcüstana 332 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.

"Cari ildən etibarən İraq bazarında da aktivlik artırılacaq" - deyə Y. Abdullayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR