Bank Of Baku

Palata sədri: Azərbaycanda auditor xidmətinin həcmi 40 dəfədən çox artıb

Palata sədri: Azərbaycanda auditor xidmətinin həcmi 40 dəfədən çox artıb
# 13 yanvar 2024 12:21 (UTC +04:00)

Ötən 20 ildə aparılan dövlət siyasətinə uyğun olaraq, müstəqil hesabatlılıq, audit və qiymətləndiricilər institutu böyük inkişaf yolu keçib, onun təsirliliyi artıb, bu sahələrdə rəqəmsallaşma, beynəlxalq aləmə inteqrasiya güclənib.

"APA-Economics" xəbər verir ki, bu barədə “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumunun açılış sessiyasında çıxış edən Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildiriblər.

Qeyd olunub ki, ötən dövr ərzində Azərbaycanda auditor xidmətinin həcmi 40 dəfədən çox artıb, hazırda 157 auditor təşkilatı və 68 sərbəst auditor bu sahədə xidmət göstərir.

Müzakirələrdə xüsusi vurğulanıb ki, beynəlxalq standartlara uyğun şəffaflığın, hesabatlılığın, maliyyə nəzarətinin və intizamın yaradılması, audit, mühasibat-maliyyə və qiymətləndirmə sektorunda davamlı təkmilləşdirmə işləri Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların əsas tərkib hissəsi kimi çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR