Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək
# 22 sentyabr 2023 18:13 (UTC +04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, məcəllənin parlamentdə qəbulunun ölkə iqtisadiyyatının inkişafına, biznes mühitinin əlverişliliyinin artırılmasına göstərə biləcəyi təsir nəzərə alınaraq, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə sentyabrın 26-da parlamentdə sənədin ictimai dinləməsi keçiriləcək.

Dinləmədə Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri, digər millət vəkilləri, İqtisadiyyat Nazirliyinin əlaqədar vəzifəli şəxsləri, sahibkarlar assosiasiyalarının, ticarət palatalarının, QHT-lərin təmsilçiləri, ekspertlər və mütəxəssislər iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR