Azərbaycanda ilk dəfə olaraq Qarabağ cins atlarının auksion vasitəsi ilə satışı həyata keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, aprelin 15-də keçiriləcək auksionda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək.
Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq.
Hərracda iştirak etmək istəyənlər elan verildiyi gündən 1659 satış mərkəzinə müraciət edib qeydiyyatdan keçə bilərlər.