Qarabağda erməni sakinlərin sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçiriləcək

Qarabağda erməni sakinlərin sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçiriləcək
# 02 oktyabr 2023 16:27 (UTC +04:00)

Qarabağın erməni sakinlərinin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikasının reinteqrasiyaya dair planlarında əks olunub.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir.

Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.

Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR