Bank Of Baku

Qazaxıstan Baş nazirinin müavini: Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial var

Qazaxıstan Baş nazirinin müavini: Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial var
# 07 aprel 2023 13:52 (UTC +04:00)

Qazaxıstan və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişafı üçün böyük potensial var.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclası zamanı Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr sahəsində olan potensial tam istifadə olunmayıb və onların inkişafı üçün müxtəlif sahələrdə geniş imkanlar var.

O qeyd edib ki, Qazaxıstan Azərbaycana potensial əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün təkliflər və Azərbaycan bazarında satış üçün 300 milyon dollar dəyərində malların siyahısını təqdim edib.

"Ölkələrimiz arasında ildə 400-500 milyon dollar səviyyəsində olan ticarət dövriyyəsi çox aşağı həcmdir. Böyük potensial var ki, Qazaxıstan məhsullarını Azərbaycan bazarlarına satmaq üçün istifadə olunmur. Biz daha çox malların siyahısını hazırlamışıq. 300 milyon ABŞ dolları dəyərində 100-dən çox məhsul təklif edirik. Bundan əlavə, biz potensial əməkdaşlıq layihələri ilə bağlı konkret təkliflər hazırlayıb Azərbaycan tərəfinə təqdim etmişik, çünki bu istiqamətdə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur”, - Serik Jumanqarin bildirib.

O, həmçinin qeyd edib ki, hazırda Qazaxıstanda Azərbaycan kapitallı 1195-dən çox şirkət və 210 birgə müəssisə fəaliyyət göstərir.

"Qazaxıstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükündə böyük potensial var. 2023-cü ilin sonuna bu tədarükün həcmi 2,7 dəfə, o cümlədən Qazaxıstan taxılının ixracı 3,3 dəfə artıb", - baş nazirin müavini bildirib.

Serik Jumanqarin Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tranzitinin Azərbaycanla strateji əməkdaşlığın yeni istiqamətinə çevrildiyini qeyd edib.

"Biz 1,5 milyon ton tranzit həcmini pilot hesab edirik və əgər mart ayında bu tədarüklərin həcmi 20 min ton təşkil edirdisə, apreldə bu, 125 min tona yüksələcək", - o vurğulayıb.

Jumanqarin həmçinin bildirib ki, Xəzər dənizinin dibi ilə Azərbaycana fiber optik kabelin çəkilməsi layihəsini strateji layihə hesab edir və artıq Qazaxıstan tərəfində maliyyələşmə və infrastrukturun yaxşılaşdırılması üzrə işlərə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR