Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi sanksiyalara görə Rusiya Federasiyasına heç bir malın ixracına qadağa tətbiq etməyib.
APA xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Anti-Rusiya sanksiyaları ilə əlaqədar Rusiya Federasiyasına heç bir malın ixracına heç bir qadağa qoyulmayıb”, - nazirlik bildirib.
Qurumun məlumatına görə, Qazaxıstanla Rusiya Federasiyası arasında ticarət əlaqələrinin tənzimlənməsi Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin müddəalarına tam uyğun olaraq həyata keçirilir. Rusiya Federasiyasına 106 növ malın satışına qadağa qoyulması ilə bağlı KİV-də yayılan məlumatlar yalandır.
***
12.46
Qazaxıstan Qərbin sanksiyaları səbəbindən Rusiyaya 106 adda mal tədarükünü dayandırıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev deyib.
"Bunlar 106 müxtəlif məhsuldur. Biz onların ixracını tamamilə məhdudlaşdırmışıq. Bunlar hərbi təyinatlı məhsullardır. Məsələn, pilotsuz uçuş aparatları, daxili hissələr, ixtisaslaşdırılmış elektronika, çiplər və buna bənzər məhsullar", - deyə Qaxaıstanın Zakon.kz portalı Torebayevdən sitat gətirib.