Qazaxıstan və Azərbaycan əmtəə istehsalçıları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini nəzərdə tutan sazişlər imzalanıb.
APA xəbər verir ki, Qazaxıstan Respublikasının əmtəə istehsalçılarının Azərbaycan Respublikasında İqtisadi-ticarət missiyası və birgə biznes-forumu çərçivəsində bir sıra sazişlər imzalanıb.
Qeyd edək ki, imzalanan sazişlər Qazaxıstan və Azərbaycanın metallurgiya, akkumulyator istehsalı, qida və şirniyyat məhsulları istehsalı sahələrini əhatə edir və həmçinin Qazaxıstandan transformatorların ölkəmizə tədarükünə aiddir.