Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə görüş keçirilib.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.
Nazir qeyd edib ki, görüşdə ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığı, biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb.