30 iyun 2023-cü il saat 11.00-da “İsmayıllı Quşçuluq “ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, ümumi yığıncağda Cəmiyyətin 2022-ci il üçün maliyyə fəaliyyətinin yekunları üzrə illik balansının təsdiqi və dividendlərin verilməsi, idarə heyəti üzvlərinin və onun sədrinin seçilməsi və idarə heyətinin yeni seçilmiş sədrinə xüsusi əqdlərin bağlanılması üçün səlahiyyətin verilməsi məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, yığıncaq onlayn qaydada keçiriləcək.