Bank Of Baku

Rəqabət Məcəlləsi Milli Məclisə təqdim olunacaq

Məmməd Abbasbəyli

© APA | Məmməd Abbasbəyli

# 01 mart 2022 11:53 (UTC +04:00)

Bu il Azərbaycanın Rəqabət Məcəlləsi Milli Məclisə təqdim olunacaq.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edən qurumun rəhbəri Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, bu, olduqca mühüm addımdır və ölkədə rəqabətin təmin olunması üçün strateji həldir.

"2021-ci ildə məcəllə hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılma prosesi yekunlaşdı. Ümid varıq ki, son razılaşmalardan sonra bu il Rəqabət Məcəlləsi Milli Məclisə təqdim olunacaq və qəbul olma prosesi başa çatacaq", - deyə M. Abbasbəyli qeyd edib.

M. Abbasbəylinin sözlərinə görə, Azərbaycanın inkişafı, ölkədə rəqabətin və iqtisadi dayanıqlığın təmin olunması üçün Rəqabət Məcəlləsi çox önəmlidir.

"Qeyd edim ki, biz artıq Milli Məclisin İqtisadi komitəsi ilə də müzakirələr aparırıq. Mart ayının birinci yarısında iqtisadiyyat komissiyasında rəqabət məcəlləsinin işçi qaydada müzakirələri aparılacaq", - deyə M. Abbasbəyli əlavə edib.

Dövlət Xidmətinin rəisi həmçinin əlavə edib ki, bununla yanaşı, Azərbaycanda "Daxili ticarət haqqında" qanun layihəsi hökumətə təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR