Bank Of Baku

Rəqabət orqanının vəzifəli şəxsinin xidməti vəzifələrini həyata keçirə bilməyəcəyi hallar müəyyənləşir

Rəqabət orqanının vəzifəli şəxsinin xidməti vəzifələrini həyata keçirə bilməyəcəyi hallar müəyyənləşir
# 11 sentyabr 2023 14:24 (UTC +04:00)

Rəqabət orqanının vəzifəli şəxsinin xidməti vəzifələrini təsərrüfat subyektinə münasibətdə həyata keçirə bilməyəcəyi hallar müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.

Layihəyə əsasən, rəqabət orqanının vəzifəli şəxsi bu Məcəllənin tələbləri nəzərə alınmaqla vəzifələrini həyata keçirərkən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun maraqların toqquşması ilə bağlı müddəalarına riayət etməlidir.

Rəqabət orqanının vəzifəli şəxsi aşağıdakı hallarda xidməti vəzifələrini təsərrüfat subyektinə münasibətdə həyata keçirə bilməz:

-rəqabət orqanının vəzifəli şəxsi ilə müvafiq təsərrüfat subyekti (hüquqi şəxs olduqda təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya idarəetmə orqanlarının üzvləri) arasında ailə üzvləri münasibətləri olduqda;

-. rəqabət orqanının vəzifəli şəxsinin və (və ya) onun ailə üzvlərinin bilavasitə və ya dolayı yolla müvafiq təsərrüfat subyektində (onun fəaliyyətində) maliyyə marağı olduqda.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR