Bank Of Baku

"Rolls-Royce" Rusiyaya tədarükü dayandırıb

"Rolls-Royce" Rusiyaya tədarükü dayandırıb
# 05 mart 2022 13:55 (UTC +04:00)

Britaniyanın "Rolls-Royce" avtomobil istehsalçısı Rusiyaya tədarükü dayandırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi RİA "Novosti"yə bildirib.

"Regionda vəziyyət qeyri-müəyyən olaraq qalır. Mövcud şəraitdə biz Rusiya bazarına avtomobillərin tədarükünü dayandırırıq. Biz vəziyyəti, eləcə də biznesimiz üçün mümkün gələcək nəticələri qiymətləndirməyə davam edirik", - o deyib.

Yanvarın sonunda şirkət Rusiyanın lüks "Rolls-Royce" avtomobillərinin satışı üzrə Avropanın ən böyük bazarına çevrildiyini bildirmişdi. 2021-ci ildə brendin ölkədəki satışları ilk dəfə olaraq 300 avtomobil həddini keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR