Bank Of Baku

Rusiya-Ukrayna münaqişəsi fonunda "Azexport"a sifarişlər artıb

Ayxan Qədəşov

© APA | Ayxan Qədəşov

# 17 mart 2022 10:59 (UTC +04:00)

Rusiya-Ukrayna arasında yaşanan böhran fonunda “Azexport” portalına sifarişlərin həcmi artıb.

Bunu “APA-Economics”ə “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib.

Onun sözlərinə görə, sifarişlər əsasən gündəlik tələbat və qida məhsullarına (günəbaxan, qarğıdalı yağları, un, şəkər və s.) artıb.

“Əvvəllər sifarişlər bizim üçün ənənəvi olan ölkələrdən daxil olurdusa, artıq digər ölkələrdən də sifarişlərin artımı müşahidə olunur. Misal olaraq, Avropa və Orta Asiya ölkələrindən, İngiltərədən, İsraildən tütün məhsullarına sifarişlər artıb. Yəqin ki, yaxın günlərdə bunun səbəbi məlum olacaq. Çox güman ki, həmin sahədə problemlər yaşanır. Adətən biz bunu belə görürük. Çünki portalın fəaliyyət müddəti ərzində görmüşük ki, hər hansı bir məhsula sifarişlər artıbsa, demək, həmin sektorda məhsul qıtlığı var. Konkret rəqəmlər aprel ayında açıqlanacaq. Bunun əksi olaraq, “Amazon” və “Ebay”də sifarişlər azalıb. Yəni fərdi şəxslərin ticarət marağı azalıb”, - deyə A. Qədəşov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR