Bank Of Baku

Rusiyadan Azərbaycana idxal edilən şirniyyat məhsulları bahalaşacaq

Rusiyadan Azərbaycana idxal edilən şirniyyat məhsulları bahalaşacaq
# 17 mart 2022 12:24 (UTC +04:00)

Rusiyanın "Permskaya" qənnadı fabrikinin şirniyyat məhsulları tezliklə bahalaşacaq. "APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə müəssisənin baş direktoru Boris Şvaytser bildirib.

Onun sözlərinə görə, ölkədə və dünyada baş verən ümumi iqtisadi vəziyyət səbəbindən qiymətlər ən azı 15% artacaq.

"Bu, ilk növbədə, valyuta məzənnəsinin artması ilə əlaqədardır. İstifadə etdiyimiz və xaricdə istehsal olunan xammalın dəyəri rubla deyil, avroya bağlanır. Həmçinin, son iki həftə ərzində 40% bahalaşan qəndə də xərclərimiz artıb. Bundan əlavə, banklar kreditlər üzrə faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırıblar", - Şvaytser qeyd edib.

Xatırladaq ki, "Permskaya" fabrikinin şirniyyatları bütün Rusiyaya, eləcə də Azərbaycan, Gürcüstan, Qırğızıstan, Litva, Estoniya, Almaniya və ABŞ-a tədarük olunur. Müəssisədə 120-dən çox adda məhsul istehsal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR