Bank Of Baku

Sahib Ələkbərov: Sahibkarlar indi daha şəffaf işləyirlər

Sahib Ələkbərov: Sahibkarlar indi daha şəffaf işləyirlər
# 25 aprel 2023 12:33 (UTC +04:00)

Sahibkarlar əvvəlki dövrlərə nisbətən indi daha şəffaf işləyirlər.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 353,9 min artaraq bu il aprel ayının 1-nə 1 milyon 755,8 minə çatıb. Qeyri-neft qaz sektorunda bu göstərici 298 min artaraq 838 min çatıb.

O əlavə edib ki, muzdlu işçi sayının və əmək haqqı fondunun “ağarması” sayəsində təkcə cari ilin yanvar-mart ayları ərzində məcburi dövlət sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% və ya 145,3 milyon manat artaraq 1 milyard 192,7 milyon manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR