"Samsung Electronics" şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya məhsullarının tədarükünü dayandıracağını elan edib.
"APA-Economics" xəbər verir ki, bu barədə "Nikkei" agentliyi yazır.
Şirkət deyib ki, onlar növbəti addımları atmaq üçün bu mürəkkəb vəziyyəti aktiv şəkildə izləyəcəklər. Bundan əlavə, şirkət qaçqınlara kömək məqsədilə 6 mln. ABŞ dolları məbləğində humanitar yardım edəcək.
Lakin TASS agentliyi şirkətdəki mənbəyə istinadən yazır ki, "Samsung" məhsullarının Rusiyaya tədarükü müvəqqəti dayandırıb, bütün tətbiqlər və xidmətlər tam şəkildə işləməyə davam edəcək. Həmçinin, "Samsung"un rəsmi mağazaları da fəaliyyətini davam etdirəcək.