Bank Of Baku

Şanxayda qəhvə ticarəti platforması işə başlayıb

Şanxayda qəhvə ticarəti platforması işə başlayıb
# 11 dekabr 2021 20:21 (UTC +04:00)

Qəhvə ticarəti platforması Şanxayda fəaliyyətə başlayıb. 2022-ci ildə bununla bağlı əməliyyatların həcminin 3,5 mlrd. yuan (549 mln. ABŞ dolları) təşkil edəcəyi, 2025-ci ilə qədər bu rəqəmin 15 mlrd. yuanı (2,355 mlrd. dollar) keçəcəyi, 8 min Çin və xarici dilerin isə saytda ticarət aparacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Sinhua" agentliyi bildirir.

Platforma geniş çeşiddə məhsullar, müxtəlif üsullarla əməliyyatlar aparmaq və üçüncü tərəfin xidmətlərindən istifadə etmək imkanı vasitəsilə Çində qəhvə sənayesinin inkişafı üçün inteqrasiya olunmuş xidmət təminatçısı kimi fəaliyyət göstərəcək.

Sinqapur, Efiopiya, Qana, Braziliya, Kolumbiya və İndoneziya kimi ölkələrin beynəlxalq treyderləri, ixracatçıları və qəhvə istehsalçıları artıq platformaya qoşulmaq istəklərini bildiriblər.

Qeyd olunur ki, Şanxay ölkədə qəhvə istehlakı bumuna və qəhvə sənayesinin sürətlə inkişafına rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR