Bank Of Baku

Sənaye zonalarının qeyri-neft sektoru üzrə investisiyalarda xüsusi çəkisi 23,8% təşkil edib

Sənaye zonalarının qeyri-neft sektoru üzrə investisiyalarda xüsusi çəkisi 23,8% təşkil edib
# 08 aprel 2022 12:52 (UTC +04:00)

2021-ci ildə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektoruna qoyulan investisiyalarda xüsusi çəkisi 23,8% təşkil edib.

İqtisadiyyat NazirliyindənAPA-Economics”ə verilən məlumata görə, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində bugünədək rezidentlər 426 mln. manatdan çox vəsaitə qənaət ediblər.

Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə isə gömrük rüsumundan azad olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR