Bank Of Baku

“Shokki Mokki” markası “Məktəbim” layihəsinə dəstək verib

“Shokki Mokki” markası “Məktəbim” layihəsinə dəstək verib
# 08 iyul 2022 16:20 (UTC +04:00)

Azərbaycanın qida sektorunda ilk uşaq markası olan “Shokki Mokki” özünün “Xoşbəxt böyüyən sabahlar” şüarına sadiq qalaraq paytaxt və bölgələrdə yaşayan uşaqların uğurlu gələcəyi üçün dəstəyini davam etdirməkdədir. Markanın bu istiqamətdə növbəti addımı UAFA təşkilatı ilə birgə “Məktəbim” layihəsinə qoşulmaq olub.

APA-Economics”in verdiyi xəbərə görə, “Əl-ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə” şüarı ilə keçirilən kampaniya müddətində istehlakçılar tərəfindən mağazalardan alınan “Shokki Mokki” məhsullarının hər biri layihənin fonduna dəstək olmuş olacaq.

Layihənin missiyası aztəminatlı, ucqar ərazidə yaşama və əlillik səbəbindən məktəbəqədər təhsilə çıxışı olmayan uşaqları da daxil etməklə alternativ və dayanıqlı təhsil imkanları yaratmaqdır. Bu sosial kampaniya çərçivəsində 2023-cü ilin sonuna qədər hər birində 20 uşağın təhsil alacağı 300 məktəbəqədər tədris müəssisəsi açılması nəzərdə tutulur, hazırda bu say 50-dir.

“Məktəbim”in məqsədi və təsir dairəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat vermək üçün media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Çıxış edən təşkilatçılar tərəfindən bildirilib ki, “MƏKTƏBİM” layihəsinin icra edilməsində bölgələrdən qadınlar da iştirak edəcək ki, bu da onların məşğulluğunun təmin olunmasına dəstək olacaq. Eyni zamanda layihə Dayanıqlı İnkişaf Məqsədləri və “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası kimi bir sıra dövlət əhəmiyyətli proqramların yerinə yetirilməsinə də öz töhfəsini vermiş olacaq. Tədbirin təqdimat hissəsinin ardından təşkilatçılar tərəfindən media nümayəndələrinin sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR