Bank Of Baku

Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Aİ şirkətlərinin sayı xeyli artıb

Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Aİ şirkətlərinin sayı xeyli artıb
# 21 oktyabr 2026 10:45 (UTC +04:00)

Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026 çərçivəsində keçirilən sorğuda iştirak edən şirkətlərin 19%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına, eləcə də Naxçıvana artıq investisiya yatırdığını bildirib.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan–Avropa İttifaqı Biznes Forumunun komanda rəhbəri Aytən Axundova hesabatın təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, ötənilki sorğuda Qarabağ və Şərqi Zəngəzura investisiya yatıran şirkətlərin payı 8% olub.

Hazırda respondentlərin 30%-i bu regionlara investisiya qoymağa hazır olduğunu və əlverişli imkanlar gözlədiyini bildirib.

Ən cəlbedici istiqamətlər nəqliyyat infrastrukturu, alternativ enerji və yaşıl layihələr, tikinti, konsaltinq, kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyalarıdır.

A. Axundova qeyd edib ki, builki sorğuya Naxçıvan da daxil edildiyindən nəticələrin ötən illə müqayisəsində bu fərq nəzərə alınmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR