Bank Of Baku

SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürülüb

SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürülüb
# 23 noyabr 2023 12:57 (UTC +04:00)

SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürülüb.

APA-Economics” xəbər verir ki, bununla bağlı SPECA Rəhbər Şurasının Bakıda keçirilən 18-ci iclasında Tacikistanın təklifi dəyərləndirilib. Üzv ölkələr tərəfindən 2024-cü il üzrə Tacikistan SPECA-ya rəhbərlik edəcək ölkə seçilib.

Bildirilib ki, 19-cu SPECA Sammiti 2024-cü ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək.

Qeyd edək ki, SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR