Bank Of Baku

"Swarovski" Rusiyada onlayn satışları dayandırır

"Swarovski" Rusiyada onlayn satışları dayandırır
# 04 mart 2022 15:17 (UTC +04:00)

Zərgərlik, geyim və işıqlandırma istehsalçıları üçün kristalların tədarükçüsü olan "Swarovski" Rusiyadakı onlayn mağazasında satışları dayandırıb. Hazırda şirkətin saytında yalnız satışın bağlanması ilə bağlı xəbər yerləşdirilib, məhsulları görmək mümkün deyil.

"APA-Economics" xəbər verir ki, bu barədə "Gazeta.ru" yazır.

"Mövcud vəziyyətlə əlaqədar olaraq, swarovski.com onlayn mağazasında satışlar bu region üçün müvəqqəti olaraq mümkün deyil", - məlumatda deyilir.

Rusiyadakı butiklərdə satışın dayandırılacağı barədə məlumat verilməyib.

Xatırladaq ki, artıq onlarla şirkət Ukraynadakı müharibəyə görə Rusiyadakı fəaliyyətini məhdudlaşdırıb. Zərgərlik brendləri arasında "Swarovski" birincidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR