Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov Murad Qadılşini üç il müddətinə Azərbaycanda yeni daimi nümayəndə təyin edib.
“APA-Economics” xəbər verir ki, müvafiq sənəd Tatarıstan rəhbərinin rəsmi saytında dərc olunub.
Qeyd edək ki, Murad Qadılşin bu vəzifədə 2013-cü ildən Azərbaycanda daimi nümayəndəliyə rəhbərlik edən Alfred Zakirovu əvəz edəcək.