23 iyun 2023-cü il tarixində, saat 10:00-da "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, Ümumi Yığıncağda Cəmiyyətin 2022-ci il üçün illik hesabatlarının və yekun mühasibat balansının təsdiq edilməsi, mənfəətin istifadəsinə dair, Cəmiyyətin tabeliyində Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasına və onun faəliyyətinin təmin olunmasına dair məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, səhmdarlarının növbəti Ümumi Yığıncağı "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında keçiriləcəkdir.