"Tesla" şirkəti ötən il 936 172 vahid elektrik avtomobili satıb ki, bu da 2020-ci il ilə müqayisədə 87% çoxdur.
"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, bu göstərici indiyədək qeydə alınmış ən yüksək həcmdir. Təkcə 2021-ci ilin son rübündə müştərilərə 308 600 elektromobil təhvil verilib ki, bu da ümumi illik satışların 33%-ini təşkil edib.
Qeyd edək ki, "Tesla" 2021-ci ildə istehsal etdiyindən (930 422) daha çox avtomobil sata bilib.