Yaponiyanın "Toyota Motor" korporasiyası yarımkeçiricilər təchizatı ilə bağlı problemlərə görə aprel ayında qlobal avtomobil istehsalını 150 min vahid azaldaraq 750 minə endirəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, aprel-iyun aylarında istehsal orta hesabla 800 min vahid olacaq.
Xatırladaq ki, şirkətin Yaponiyanın Aiçi prefekturasındakı iki zavodu aprel ayında doqquz günə qədər bağlanacaq.