Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu Holdinq”i arasında Anlaşma Memorandumu imzalanıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, Türkiyə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək.
“Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq”, - deyə nazir qeyd edib.