Bu ilin fevral ayında Türkiyə ixracatının həcmi ötən ilin eyni ayına nisbətdə 25,4% artaraq 20 mlrd. ABŞ dollarına çatıb.
"APA-Economics" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin ticarət naziri Mehmet Muş bildirib.
Nazirin sözlərinə görə, bu rəqəm fevral ayında ixrac edilən tədarüklərin tarixi maksimumudur.
"Türkiyənin illik ixrac həcmi hökumətin ortamüddətli proqnozlarını üstələyərək 231,9 mlrd. dollara çatıb. 2022-ci il üçün ixrac hədəfi 250 mlrd. dollardır", - Muş qeyd edib.
O həmçinin əlavə edib ki, fevralda Türkiyədə ixrac şirkətlərinin sayı keçən ilin eyni ayı ilə müqayisədə 5 mindən çox artıb.