Türkiyənin 2022-ci ilin fevral ayında ixracı ötən ilin eyni ayı ilə müqayisədə 25,4% artaraq 20,4 mlrd. ABŞ dollara, idxalı isə 44,5% artaraq 27,855 mlrd. dollara çatıb.
"APA-Economics" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) və Türkiyə Ticarət Nazirliyinin hesabatlarında bildirilir.
Qeyd olunur ki, fevralda xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 135,5% artaraq 3,347 mlrd. dollardan 7,881 mlrd. dollara yüksəlib. Əgər 2021-ci ilin fevral ayında ixrac və idxalın nisbəti 82,7% idisə, ötən ay bu, 71,7%-ə enib.
Enerji resursları və qeyri-monetar qızıl istisna olmaqla ixrac fevral ayında 25,5% artaraq 15,246 mlrd. dollardan 19,13 mlrd. dollara yüksəlib.
Fevralda enerji resursları və qeyri-monetar qızıl istisna olmaqla idxal 26,8% - 15,523 mlrd. dollardan 19,690 mlrd. dollara qədər artıb.
Fevralda enerji resursları və qeyri-monetar qızıl nəzərə alınmadan xarici ticarətin kəsiri 560 mln. dollar təşkil edib.