Türkiyənin ticarət naziri: Naxçıvan bizim üçün çox önəmli məsələdir

Türkiyənin ticarət naziri: Naxçıvan bizim üçün çox önəmli məsələdir
# 21 dekabr 2023 11:41 (UTC +04:00)

Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Azərbaycanla quru yol əlaqəsi Naxçıvan üzərindən maneəsiz şəkildə həyata keçiriləcək.

APA-Economics” xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya forumu"nda çıxışı zamanı Türkiyənin ticarət naziri Ömer Bolat deyib.

O bildirib ki, Bakı Orta Dəhlizin ən önəmli nöqtələrindəndir: “Biz İstanbuldan Bakıya çatdırılmanın maneəsiz həyata keçirə bilərik. Bu prosesin rəqabətli şəkildə təmin edilməsini hədəfləyirik. Türkiyə tərəfi olaraq bu istiqamətdə hər cür dəstək verməyə hazırıq”.

“Naxçıvan bizim üçün çox önəmli məsələdir”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR