Türkmənistanın əyləc bəndləri istehsalçısı “Ajap önüm” şirkəti Azərbaycan bazarına daxil olduğunu elan edib. “APA-Economics” “Biznes Türkmənistan”a istinadən xəbər verir ki, sınaq partiyası artıq Azərbaycana göndərilib.
Fevral ayında isə məhsullar Özbəkistan və Tacikistan bazarlarına çatdırılıb.
Məhsul nümunələri ABŞ-ın AMECA şirkətinin sınaqlarından keçərək sertifikatlaşdırılıb.
Qeyd edək ki, əyləc bəndləri "Optimus" ticarət nişanı altında istehsal olunur. Türkmənistan bazarında məhsullar “Günt” brendi altında satılır.