Bank Of Baku

Ukraynadakı müharibəyə görə Azərbaycanda quş yeminin qiyməti 3 dəfə artıb

Ukraynadakı müharibəyə görə Azərbaycanda quş yeminin qiyməti 3 dəfə artıb
# 12 aprel 2022 15:32 (UTC +04:00)

Quş və yumurta istehsalçıları Ukraynadakı müharibəyə görə yem və yem əlavələrinin idxalında çətinliklərlə rastlaşıb. “APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbəri Mürvət Həsənli İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Assosiasiya üzvləri ilə keçirilən görüşdə deyib.
Assosiasiya rəhbərinin sözlərinə görə, məhz bu səbəbdən, qiymətlər bir həftə ərzində 3 dəfə artıb: “Biz istəyərdik ki, bu yem və yem əlavələrinin idxalı hökumət səviyyəsində həll edilsin. Bu idxalın ƏDV-dən azad olunması bizim istehsal etdiyimiz məhsulların qiymətində ucuzlaşmaya, ən pis halda bahalaşmanın qarşısının alınmasına səbəb olacaq”.

Mürvət Həsənli onu da əlavə edib ki, pərakəndə ticarət şəbəkələrindən pulu vaxtında ala bilmədikləri üçün lazımi qədər yem tədarük edə bilmirlər: "Şəbəkələrlə bağlı digər problem onların satış nöqtələrində saxlama şəraitinin normalara cavab verməməsidir. Bunun üzündən bizim məhsulların geriqayıtma səviyyəsi 8-12%-ə çatır. Halbuki, dünyada bu 2%-dən yuxarı olmur”, - deyə Mürvət Həsənli əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR