Bank Of Baku

"Volvo"nun satışları kəskin azalıb

"Volvo"nun satışları kəskin azalıb
# 02 fevral 2022 13:33 (UTC +04:00)

"Volvo Car Group"un satışları yanvar ayında kəskin dərəcədə - 20,2% azalaraq 47 561 vahid avtomobilə enib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, şirkətin avtomobillərinə yüksək tələbata baxmayaraq, mikroçiplərin çatışmazlığı istehsalı və nəticədə satışların da azalmasına gətirib çıxarıb. İsveçin nəhəng avtomobil şirkətinin Avropadakı satışları 24,8%, ABŞ-da isə 12,8% azalıb.

Qeyd edək ki, qlobal miqyasda çiplərin tədarükündə fasilələr ilk növbədə müxtəlif elektron sistemlərin istehsalı üzrə ixtisaslaşmış şirkətlərin gəlirlərinə təsir göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR