Bank Of Baku

Vüsal Qasımlı: "Azad olunmuş torpaqlar ərazisinə görə dünyanın 35 ölkəsindən böyükdür"

Vüsal Qasımlı

© APA | Vüsal Qasımlı

# 21 dekabr 2021 10:44 (UTC +04:00)

Azərbaycanın azad olunmuş torpaqları ərazisinə görə dünyanın 35 ölkəsindən böyükdür.

APA-nın məlumatına görə, bunu bu gün "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı qələbədən sonra kəmiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

V. Qasımlı həmçinin bildirib ki, azad olunmuş ərazilər Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirir: "Bu ərazilərə investisiyanın cəlb edilməsi üçün dəstək proqramları həyata keçiriləcək. Azərbaycan bütün reytinqlərdə şərhsiz regional liderdir".

O vurğulayıb ki, müdafiə sənayesindən istifadə iqtisadiyyatı hərəkətə gətirir: "Azərbaycanın müdafiə sənayesi məhsulları 30-dan çox ölkəyə ixrac olunur. Bu da o deməkdir ki, müdafiə sənayesi məhsulları təkcə daxili tələbatı deyil, eyni zamanda xarici ölkələrin də tələbatını ödəməyə yönəldilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR