Azərbaycan qələbədən sonra risk-mənfəət nisbətini yaxşılaşdırıb.
"APA-Economics"in məlumatına görə, bunu bu gün "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, bu nisbətin yaxşılaşması risklərin azalması ilə bağlıdır, bunun da səbəbi ondan ibarətdir ki, Azərbaycan öz təhlükəsizliyini təmin edib.
V. Qasımlı onu da əlavə edib ki, azad edilmiş ərazilər və burada aparılan bərpa-inkişaf işləri Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirib.