2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycandan 1,2 min ton bitum idxal edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi yayıb. Bildirilib ki, Azərbaycandan idxal hesabat dövründəki ümumi bitum idxalının 4,8%-ni təşkil edib və Azərbaycan Gürcüstanın üçüncü əsas tədarükçüsü olub. Birinci və ikinci yerlərdə isə müvafiq olaraq İraq (5,1 min ton – 20,2%) və Türkiyə (4,6 min ton-18,3%) qərarlaşıb.
Cari ilin birinci rübündə Gürcüstan 25,2 min ton bitum idxal edib ki, bu da illik ifadədə 14,9 min ton və ya 2,4 dəfə çoxdur.