Bank Of Baku

Yanvarda İndoneziyadan 17 mln. manatlıq palma yağı idxal edilib

Yanvarda İndoneziyadan 17 mln. manatlıq palma yağı idxal edilib
# 01 aprel 2022 10:43 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan xaricdən ümumi dəyəri 12,842 mln. ABŞ dolları (21,831 mln. manat) təşkil edən 8 770,63 ton xam palma yağı idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövründə ölkəyə xam palma yağı idxal edilməyib.
Hesabat dövründə Azərbaycana palma yağı cəmi iki ölkədən - İndoneziya və Malayziyadan gətirilib. İndoneziyanın payı daha yüksək olub və 82,8% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında İndoneziya Azərbaycana 9,858 mln. dollarlıq (16,758 mln. manat) 7 257,7 ton, Malayziya isə 2,984 mln. dollarlıq (5,074 mln. manat) 1 512,93 ton palma yağı tədarük edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR