Bank Of Baku

Yaradıcı sənayenin inkişafını şərtləndirən amillərdən biri ixrac potensialının artırılmasıdır - KOBİA

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 23 fevral 2022 11:38 (UTC +04:00)

Azərbaycanda yaradıcı sənayelərin inkişafını şərtləndirən amillərdən biri də onların ixrac potensialının artırılmasıdır.

"APA-Economics" xəbər verir ki, bu təklif "Yaradıcı sənayedə çağırışlar və biznes imkanları" mövzusunda keçirilən ictimai müzakirələrdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu məqsədlə dövlət-özəl əməkdaşlığının potensialı artırılmalı, qanunvericilikdə müəyyən güzəştlər tətbiq edilməlidir.

"Məsələn, yerli kino sənayesində peşəkar çəkiliş studiyalarının olmaması bu məhsulun ixrac imkanını aşağı salır. Həmçinin, ixrac olunacaq kreativ məhsulların brendləşməsini təklif edirik. Burada sənaye və kənd təsərrüfatında dövlət dəstəkli "Made in Azerbaijan" kimi yaradıcı biznesi ixraca təşviq edəcək brendin yaradılması daha yaxşı olardı", - deyə O. Məmmədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR