Doğma çay markamız “Azerçay” müxtəlif sosial layihələrdə yaxından iştirak edir. Sevilən çay brendi yeni dərs ilinin başlaması ilə Bakı Dövlət və Bakı Slavyan Universitetlərində layihə həyata keçirib.
“APA-Economics” xəbər verir ki ilk dərs günündə tələbələr ətirli çaya qonaq olublar.
Qeyd edək ki, milli markamız olan “Azerçay” ölkə daxilində və xarici bazarda daim böyük rəğbətlə qarşılanır. Dünyanın 40-dan artıq ölkəsinə ixrac olunan özünəməxsus dadı ilə süfrələri bəzəyən çay markamız ənənəsinə sadiq qalaraq müxtəlif layihələrdə iştirakını davam etdirəcək.