Ziyad Səmədzadə: Biz dəyərlərimizi supermarketlərlə qoruya bilmərik

Ziyad Səmədzadə: Biz dəyərlərimizi supermarketlərlə qoruya bilmərik
# 28 sentyabr 2023 14:09 (UTC +04:00)

Azərbaycanda elə supermarketlər var ki, onun filialları ilə birlikdə 10 minə yaxın işçisi var.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, ölkədəki digər supermarketlər də nəzərə alınsa bu, 100 minə yaxın işçi edir.

“Bunun özü böyük bir problemdir. Hansı rayona gediriksə, köşklərin, mağazaların sayının azaldığını görürük. Biz dəyərlərimizi ancaq supermarketlərlə qoruya bilmərik”, - deyə deputat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR