Xaçmazda ölümlə nəticələn qəza baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 3-də saat 5 radələrində Xaçmaz rayonunun Xanoba kəndi ərazisində kənd sakini Telman Rəhimov idarə etdiyi motosikleti aşırıb və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.