Bank Of Baku

ARDNŞ 6 yarım-səyyar və 1 stasionar torpaq yuma qurğusunun satınalmasına dair ilkin kvalifikasiya üçün dəvət elan edib

ARDNŞ 6 yarım-səyyar və 1 stasionar torpaq yuma qurğusunun satınalmasına dair ilkin kvalifikasiya üçün dəvət elan edib
# 24 iyul 2008 08:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Neftlə çirklənmiş iri miqyaslı torpaq sahələrinin təmizlənməsi layihəsi” çərçivəsində 6 yarım-səyyar və 1 stasionar torpaq yuma qurğusunun satınalmasına dair ilkin kvalifikasiya üçün dəvət elan edib. ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan hökuməti “Neftlə çirklənmiş iri miqyaslı torpaq sahələrinin təmizlənməsi layihəsi”nin maliyyələşdirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) aldığı kreditin bir hissəsini 6 yarım-səyyar və 1 stasionar torpaq yuma qurğularının satınalması müqaviləsindən irəli gələn ödənişlər üçün sərf etmək niyyətindədir.
ARDNŞ müqaviləyə əsasən, malların gətirilməsi və quraşdırılması üzrə satınalma üçün podratçıları və şirkətləri ilkin kvalifikasiyadan keçirməyi planlaşdırır. Təklif üçün dəvətlərin 2008-ci ilin oktyabr ayında ediləcəyi gözlənilir.
İlkin kvalifikasiya 2004-cü ilin may ayında təsdiq BYİB və BİA Kreditləri üzrə Satınalma qaydalarında müəyyən olunmuş ilkin kvalifikasiya prosedurlarına əsasən həyata keçiriləcək.
Marağı olan iddiaçılar hər həftənin bazar ertəsindən cümə gününə qədər saat ARDNŞ-də əlavə məlumat ala və burada ilkin kvalifikasiya sənədini nəzərdən keçirə bilər. İngilis dilində ilkin kvalifikasiya sənədinin tam komplektini 200 manat və ya 250 ABŞ dolları məbləğində vəsait ödəməklə əldə edə bilərlər. İlkin kvalifikasiya üçün müraciətlər sentyabrın 2-dək ARDNŞ-ə təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR