Bank Of Baku

“Salyan OYL” və “Azgerneft” şirkətinin mədənlərinin ərazisində bioloji rekultivasiya aparılmasına dair müqavilə imzalanacaq

“Salyan OYL” və “Azgerneft” şirkətinin mədənlərinin ərazisində bioloji rekultivasiya aparılmasına dair müqavilə imzalanacaq
# 24 iyul 2008 11:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsi və «Ekol Mühəndislik Xidmətləri» QSC «Salyan OYL» və «Azgerneft» şirkətinin mədənləri ərazisində bioloji rekultivasiya aparılmasına dair müqavilə imzalamağı planlaşdırır. Bu barədə «APA-Economics»ə «Ekol Mühəndislik Xidmətləri» QSC-dən məlumat verilib. Müqaviləyə əsasən, «Salyan OYL» şirkətinin ərazisində 36 min kubmetr qazma şlamın emalı və bioloji təmizlənməsi, «Azgerneft» şirkətinin mədən ərazisindəki 3 hektar sahədə çirklənmiş torpaqların bioloji rekultivasiyası həyata keçiriləcək. Artıq bu sahədə işlərin aparılması üçün səhmdar cəmiyyətində işçi qrupu yaradılıb.
Qeyd edək ki, «Ekol Mühəndislik Xidmətləri» QSC ARDNŞ-in (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) pay iştirakı ilə 2006-cı ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR