Bank Of Baku

Ötən ay “Mingəçevir Regional Enerji Təchizatı” MMC üzrə 75 istehlakçının “Elektrik Enerjisindən İstifadə Qaydaları”nı pozması faktı aşkarlanıb

Ötən ay “Mingəçevir Regional Enerji Təchizatı” MMC üzrə 75 istehlakçının “Elektrik Enerjisindən İstifadə Qaydaları”nı pozması faktı aşkarlanıb
# 24 iyul 2008 11:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin iyun ayında “Mingəçevir Regional Enerji Təchizatı” MMC-yə daxil olan Mingəçevir Şəhər Elektrik Şəbəkəsi, Yevlax, Ağdaş Bərdə və Tərtər Paylayıcı Elektrik şəbəkələri (PEŞ) üzrə 75 istehlakçının “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. Bu barədə «APA-Economics»ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Ötən ay o cümlədən, Yevlax PEŞ-də 22, Mingəçevir ŞEŞ və Ağdaş PEŞ üzrə hər birində 6 akt tərtib edilib. Ən az qayda pozuntusu Tərtər PEŞ-in və ən çox isə Bərdə PEŞ-in xidmət sahəsində qeydə alınıb. Bu PEŞ-lərdə müvafiq olaraq ötən ay 3 və 38 analoji faktlar qeydə alınıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində 283 min kVt/saata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Bunun da 61%-ə yaxın hissəsi ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR